Niderland çətinliklə Özbəkistana qalib gəldi
Niderland və Özbəkistan arasında keçirilən yoldaşlıq oyunu başa çatıb. Milli.Az İdman.Biz -ə istinadən bildirir ki, oyun ABŞ-dakı "Aykan" stadionunda baş tutub. Niderlandlı futbolçular 2:1 hesablı qələbəni qeyd ediblər. Matçda ilk qolu Niderland millisinin yarımmüdafiəçisi Kodi Qakpo 32-ci dəqiqədə penaltidən vurub. 90+2-ci dəqiqədə Özbəkistanın hücumçusu İqor Sergeyev hesabı bərabərləşdirib. 90+8-ci dəqiqədə Kodi Qakpo dubl edərək komandasına 2:1 hesablı qələbə qazandırıb. Hər iki milli komanda 2026-cı il dünya çempionatında iştirak edəcək. Niderland Yaponiya, Tunis və İsveçlə bir qrupda oynayacaq. Özbəkistan isə Portuqaliya, Kolumbiya və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq. Milli.Az

Şərh verin