Naradan İkardini şoka salan QƏRAR - FOTO

"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardinin keçmiş həyat yoldaşı Wanda Nara növbəti addımı ilə gündəmə gəlib. Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Vanda Nara keçmiş həyat yoldaşı tərəfindən ona hədiyyə edilən İtaliyadakı dəbdəbəli villanı satışa çıxarıb. Komo gölü sahilində, Brienno qəsəbəsində yerləşən lüks mülk üçün 8 milyon avro qiymət müəyyənləşdirilib. Bildirilir ki, villa rəsmi olaraq Vanda Naranın adına qeydiyyata alınıb və cütlüyün birlikdə keçirdiyi illərin ən diqqətçəkən simvollarından biri hesab olunur. Məlumata görə, 2018-ci ildə təxminən 2,5 milyon avroya alınan əmlak sonradan aparılan yenidənqurma və təmir işləri nəticəsində xeyli dəyər qazanıb. İki mərtəbədən ibarət villada 8 otaq, 4 hamam, geniş terras, yaşıllıq ərazi, əlavə yaşayış bölmələri, avtomobil dayanacağı və gölə çıxışı olan xüsusi platforma yerləşir. İddialara əsasən, Vanda Nara son illərdə bu mülkə demək olar ki, baş çəkməyib. Hətta 2025-ci ildə qonşuların baxımsız qalan bağ və giriş hissəsində yığılan bağlamalarla bağlı narazılıq etdikləri də bildirilir. Qeyd edək ki, Mauro İkardi və Vanda Nara ayrılıqdan sonra da şəxsi həyatları və davam edən hüquqi çəkişmələri ilə tez-tez medianın diqqət mərkəzində qalırlar. Musa Milli.Az