"Xəstə" sürücü saxlanıldı
İyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində "Mercedes" və "Kia" markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Milli.Az xəbər verir ki, DİN Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla "Mercedes" markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür. Aysel Milli.Az

Şərh verin