Bakı-Tbilisi qatarından istifadə edən sərnişinlərin sayı açıqlanıb

Xəbər verdiyimiz kimi , Azərbaycan Dəmir Yolları mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edib. ADY-dən Milli.Az -ın sorğusuna cavab olarab bildirilib ki, 26 may - 7 iyun tarixləri arasında Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən qatarla 4 minə yaxın sərnişin səfər edib. "Marşrutun yenidən istifadəyə verilməsi sərnişinlər tərəfindən böyük maraqla qarşılanıb.Qatarlar hər səfərdə dolur. Tələbat çoxdur", - deyə qurumdan məlumat verilib. Ayxan Milli.Az