Qəzaya görə məhkəməlik olan Arzum ərindən də BOŞANDI - VİDEO
TikToker Arzum şəxsi həyatı ilə bağlı etdiyi açıqlama ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, sosial şəbəkədə paylaşdığı videoda həyat yoldaşı ilə münasibətlərinə son qoyduğunu bildirən fenomen artıq ayrıldığını açıq şəkildə etiraf edib. Arzum çıxışında ailəsində əvvəllər belə söz-söhbət və incikliklərin olmadığını vurğulayaraq yaşadığı çətinliklərdən danışıb: "Mən artıq bu yolda yoxam. Ailəmdə belə söz-söhbətlər, qırğınlar olmurdu. Artıq açıq deyə bilirəm ki, ayrılmışam. Kişi xisləti hər sözü də başına vurur. Bilmirəm məhkəmə işi ilə savaşım, ya ailə problemi ilə... Bu söhbəti salanlar utansın, ancaq balaları çəkməsin". Onun bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi Arzuma dəstək mesajları yazarkən, digərləri ayrılığın səbəbləri ilə bağlı müxtəlif ehtimallar irəli sürüblər. Qeyd edək ki, TikToker Arzum bir müddətdir avtomobil qəzası ilə bağlı məhkəmə prosesi ilə də gündəmdədir. Xatırladaq ki, istintaq dövründə onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Hüseyn Milli.Az

Şərh verin