İranda ardıcıl iki zəlzələ baş verdi

İranın Hörmüzqan əyalətinin Sərgəz şəhəri yaxınlığında 5 bal gücündə zəlzələ qeydə alınıb. Milli.Az xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar 22 kilometr dərinlikdə baş verib. Zəlzələ Bəndər-Abbas şəhərində də hiss olunub. İlk təkanlardan təxminən yarım saat sonra ərazidə 3,9 bal gücündə ikinci zəlzələ olub. Tələfat və dağıntılar barədə məlumat verilməyib Milli.Az