Paytaxtda oteldə kişi meyiti tapıldı

Bakıda oteldə meyit tapılıb. Milli.Az lent.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində yerləşən ooteldə qeydə alınıb. Otelin otaqlarından birində Şəmkir rayon sakini, 1969-cu il təvəllüdlü Yusif Əbülfət oğlu Bayramovun meyiti aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Milli.Az