Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı — Foto

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb. Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, iyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes Galendewagen” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Araşdırmalarla “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.