Bakıda hoteldə ölüm hadisəsi

Paytaxtın Binəqədi rayonunda hoteldə ölüm hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, iyunun 8-i saat 19 radələrində Şəmkir rayon sakini 1969-cu il təvəllüdlü Y.Bayramovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Biləcəri qəsəbəsinin ərazisində yerləşən hoteldə tapılıb. Onun hansı səbəbdən vəfat etməsi məlum deyil. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.