“Haqqın.az”dakı bütöv payımı satmışam” — Yenilənib

Haqqın.az saytına yeni rəhbər təyin edilib. “Qafqazinfo” Manset.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Caliber.az saytının baş redaktoru Teymur Hüseynov gətirilib. O, “Caliber”in kollektivi ilə vidalaşıb. Yeni rəhbər təyin olunduğu kollektivə təqdim edilərək fəaliyyətə başlayıb. Qeyd edək ki, bir müddət əvvəl Eynulla Fətullayevin Haqqın.az saytını satdığı və Azərbaycandan getdiyi ilə bağlı məlumatlar yayılmışdı. *** Eynulla Fətullayev məlumatla bağlı sosial şəbəkə hesabında paylaşım edərək bildirib : “Haqqın.az” MMC-də bütöv payımı satmışam. Səbəblər və gələcək planlarım barədə əlavə geniş açıqlama verəcəyəm”.