Halı pisləşən sürücünü YPX əməkdaşları xəstəxanaya çatdırdı — Video

Yolda halı pisləşən sürücü Yol Patrul Xidməti (YPX) əməkdaşlarının köməyi ilə xəstəxanaya çatdırılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev sosial şəbəkə hesabında paylaşım edib. Hadisə Şəmkir rayonu ərazisində baş verib. Halı pisləşən xəstə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra yaxınlarına onunla bağlı məlumat verilib. Həmin görüntüləri təqdim edirik: