“Azı bir həftə bir-birilərinə zərbələr endirməyəcəklər”
“İsrail və İran azı bir həftə bir-birilərinə zərbələr endirməyəcəklər”. “Qafqazinfo” “Guardian”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib. “Bizim (İsrailin Baş naziri Benyamin Netanyahu ilə - red.) çox yaxşı söhbətimiz oldu. Ona zərbə endirdilər, o da cavab verdi. Onu buna görə günahlandıra bilmərəm. Amma indi onlar bunu dayandırdılar. Beləliklə, onlar bir həftə və ya təxminən o qədər müddət bir-birini rahat buraxacaqlar”, - dövlət başçısı deyib. Xatırladaq ki, iyunun 8-də İran və İsrail bir-birinə qarşılıqlı zərbələr endiriblər. Hücumlar dayandırıldıqdan sonra İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İrana qarşı genişmiqyaslı cavab zərbələrini hələlik təxirə saldığını elan edib .

Şərh verin