İsrail və İran hücumları bir həftəlik dayandırıblar - Tramp

"İsrail və İran ən azı bir həftə ərzində qarşılıqlı olaraq zərbə endirməyəcəklər". Milli.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu bəyanatla ABŞ Prezidenti Donald Tramp çıxış edib: "Bizim İsrailin Baş naziri Binyamin Netanyahu ilə çox yaxşı söhbətimiz oldu. Ona hücum olundu, o da cavab zərbəsi endirdi. Buna görə baş naziri qınaya bilmərəm. Lakin indi onlar bunu dayandırıblar. Beləliklə, daha bir həftə və ya bir az daha çox müddətə bir-birilərini rahat buraxacaqlar", - deyə o, mətbuat nümayəndələrinə bildirib. Tramp həmçinin vurğulayıb ki, ABŞ və İran iki-üç gün ərzində vəziyyətin nizamlanmasına dair razılığa gələ bilərlər: "İki və ya üç gün. Bunu etmək üçün yaxşı şanslarımız var. Daha yaxşısı, bizim bunu bir saat ərzində etmək imkanımız olmalıdır". Milli.Az