İraq yığmasının üzvləri ABŞ-da 7 saat dindirildilər

İraqın ulduz futbolçusu Aymen Hüseyn milli komanda ilə birlikdə Çikaqonun Ohare hava limanında təxminən yeddi saat saxlanılıb. Milli.Az xəbər verir ki, məlumat görə,  "Hüseyn sonda ABŞ-a buraxılıb, lakin komandanın fotoqrafı Talal Salah 10 saatdan çox saxlanıldıqdan sonra onun ölkəyə girişinə icazə verilməyib", - məlumatda bildirilib. Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək və iyunun 11-də başlayacaq. Milli.Az