DÇ-2026-nın açılış oyununu o idarə edəcək
DÇ-2026-nın açılış oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, A qrupunda Meksika və CAR milliləri arasında keçiriləcək açılış qarşılaşmasını braziliyalı hakim Vilton Sampaio idarə edəcək. Ona Bruno Pires və Bruno Boşilya kömək edəcəklər. VAR hakimi funksiyasını isə kolumbiyalı Nikolas Qallo yerinə yetirəcək. Qarşılaşma iyunun 11-də Mexikoda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Xatırladaq ki, DÇ-2026 mundiallar tarixində ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək. FİFA turnirin oyunlarına 52 baş hakim, 88 köməkçi hakim və 30 VAR hakimi təyin edib.

Şərh verin