“Sonder Trade” şirkətindən eksklüziv təqdimat — Fotolar

İyunun 6-da Bakının prestijli məkanlarından olan “Luciano” restoranında premium dəriyə qulluq markası “Licapè”nin təqdimatına həsr olunmuş xüsusi şam yeməyi təşkil olunub. Tədbir Azərbaycanın kosmetika və gözəllik sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olan “Sonder Trade” tərəfindən təşkil edilib. Şirkət beynəlxalq üz baxımı və kosmetik brendlərin Azərbaycandakı rəsmi distribütoru olaraq, innovativ və yüksəkkeyfiyyətli məhsulların yerli bazara təqdim edilməsini davam etdirir. Gecə çərçivəsində qonaqlara “Licapè” markasının fəlsəfəsi, məhsul çeşidləri, dəriyə qulluq sahəsində təqdim etdiyi yeniliklər və üstünlükləri haqqında ətraflı məlumat verilib. Tədbir iştirakçıları məhsullarla yaxından tanış olmaq, onların xüsusiyyətlərini öyrənmək və markanın gələcək planları barədə məlumat almaq imkanı əldə ediblər. Təqdimat gecəsində ölkənin tanınmış influenser və kontent yaradıcıları da iştirak ediblər. Qonaqlar arasında Nadjiba, Apruza, Hemistyle, Millastanza, Roseistanza və digər tanınmış simalar yer alıblar. Tədbir boyunca qonaqlar arasında fikir mübadiləsi aparılıb, gözəllik və dəriyə qulluq sahəsində son tendensiyalar müzakirə olunub. Səmimi və zövqlü atmosferdə keçən gecə “Licapè” markasının Azərbaycan bazarındakı inkişaf strategiyasının təqdimatı baxımından mühüm əhəmiyyət daşıyıb. “Sonder Trade” gələcəkdə də dünya səviyyəli kosmetik və dəriyə qulluq brendlərini yerli istehlakçılara təqdim etməyə davam edəcəyini bildirib.