"Toya gəlməsən də pulu kartıma at deyir"
Müğənni Tacir Şahmalıoğlu oğlu Şahmalının toy mərasimi ilə bağlı diqqət çəkən açıqlamalar verib. Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, dəvət etdiyi bəzi şəxslər müxtəlif səbəblərdən məclisdə iştirak etməyiblər. O, bu məsələyə anlayışla yanaşdığını və toyuna gəlməyən insanlardan incimədiyini deyib. Tacir Şahmalıoğlu vurğulayıb ki, bəzi insanların etdiyi kimi, mərasimə qatıla bilməyən şəxslərdən hədiyyə və ya pul gözləmək niyyətində deyil. Müğənni üçün əsas məqamın insanların xoş niyyət göstərməsi olduğunu qeyd edib. İfaçı əlavə edib ki, həyatdakı münasibətlərin qarşılıqlı hörmət üzərində qurulduğunu düşünür. O, gələcəkdə həmin şəxslərin tədbirlərinə qatılıb-qatılmayacağı ilə bağlı da maraqlı fikirlər səsləndirib. Müğənni həmçinin qeyd edib ki, toy məclisində iştirak edən çoxsaylı dostları və yaxınları ilə yanaşı, dəvət etmədiyi halda mərasimə qatılan şəxslər də olub. Sənətçinin bu açıqlamaları sosial şəbəkələrdə izləyicilər arasında müxtəlif fikirlərin yaranmasına səbəb olub. Musa Milli.Az

Şərh verin