Seçkilərin nəticəsi ilə bağlı məhkəməyə müraciət edəcəklər
“Ermənistan” bloku ölkədə keçirilən parlament seçkilərinin nəticəsi ilə bağlı Konstitusiya məhkəməsinə müraciət edəcək. “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı mətbuat konfransında partiyanın nümayəndəsi və deputatlığa namizəd İşxan Saqatelyan açıqlayıb. Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı iş aparılır və Ermənistan Mərkəzi Seçki Komissiyası yekun nəticələri açıqladıqdan sonra blok məhkəməyə müraciət ünvanlayacaq. Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də baş tutub. Ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına əsasən, hakim “Vətəndaş müqaviləsi” partiyası 49,825% səs toplayıb. Müxalif “Güclü Ermənistan” bloku isə səslərin 23,281%, “Ermənistan” bloku 9,934%, “Çiçəklənən Ermənistan” partiyası isə 3,99%-ni toplaya bilib. Sonuncu partiyanın nəticəsi 4 faizlik keçid həddindən 0,01 faiz geri qalır və bu səbəbdən parlamentdə mandat əldə edə bilməyib. Bununla belə, partiya səslərin yenidən hesablanması üçün Ermənistan MSK-ya müraciət edib. Seçkilərin yekun nəticəsi iyunun 14-də elan olunacaq.

Şərh verin