Tarkanın konsertində bu hərəkəti BƏYƏNİLDİ - VİDEO

Türkiyənin məşhur sənətçisi Tarkan verdiyi konsert zamanı göstərdiyi davranışla diqqət çəkib. Milli.Az xəbər verir ki, məlumata görə, konsert gedişində azan vaxtı daxil olduqda ifaçı səhnədə musiqiyə qısa fasilə verib. O, azan bitdikdən sonra proqramını davam etdirəcəyini bildirib. Sənətçinin bu addımı tamaşaçılar tərəfindən hörmətlə qarşılanıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi onun bu davranışını mədəni və nümunəvi addım kimi qiymətləndirib. Tarkanın konsertdə göstərdiyi həssaslıq qısa müddətdə sosial mediada böyük təqdir toplayıb. Musa Milli.Az