İçkiyə ən çox bu rayonumuz pul xərcləyir - SİYAHI

Bu ilin ilk rübündə (yanvar-fevral-mart) Azərbaycanda əhali alkoqollu içkilərə ayda adambaşına orta hesabla 2,35 manat vəsait xərcləyib. Milli.Az Yeniavaz.com-a istinadla xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 5% artıb. Qeyd edək ki, alkoqollu içkilərə ən çox Qazax-Tovuz iqtisadi rayonunda pul xərclənib. Bu iqtisadi rayonda sakinlər ayda adambaşına orta hesabla 3,9 manat içkiyə pul xərcləyiblər. İçkiyə ən az pul xərcləyənlər isə Lənkəran-Astara iqtisadi rayonunda yaşayanlar olub - ayda adambaşına orta hesabla 1,4 manat. Alkoqollu içkilərə ayda adambaşına xərclənən vəsait iqtisadi rayonlar üzrə aşağıdakı kimi olub: Bakı - 2,5 manat; Abşeron-Xızı - 2,5 manat; Dağlıq Şirvan - 1,6 manat; Gəncə-Daşkəsən - 2,5 manat; Qarabağ - 2,4 manat; Qazax-Tovuz - 3,9 manat; Quba-Xaçmaz - 2 manat; Lənkəran-Astara - 1,4 manat; Mərkəzi Aran - 2,5 manat; Mil-Muğan - 2,2 manat; Naxçıvan - 2,4 manat; Şəki-Zaqatala - 2,6 manat; Şərqi Zəngəzur - 2,2 manat; Şirvan-Salyan - 1,5 manat. Milli.Az