Bu kollecə yeni direktor təyin olundu — Fotolar
Qazax Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyinatı olub. “Qafqazinfo” xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən bu vəzifəyə Gülnar Qəhrəmanova gətirilib. Yeni direktor kollektivə təqdim edilib. Qeyd edək ki, G.Qəhrəmanova 2022–2024-cü illərdə Ağstafa rayonu Aşağı Kəsəmən kənd Ş.Abadov adına məktəbdə, 2024–2026-cı illərdə isə Ağstafa şəhər Asif Abdullayev adına 2 nömrəli məktəbdə direktor vəzifəsində fəaliyyət göstərib.

Şərh verin