Gəncədə qəzada 3 nəfər yaralandı — Fotolar
Gəncədə yol qəzası baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə Gəncə-Samux avtomobil yolunun Gəncə şəhərindən keçən hissəsində qeydə alınıb. “KİA” markalı avtomobil “VAZ 2107” markalı maşınla toqquşub. İlkin məlumata görə, qəza zamanı 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalardan birinə yerləşdirilib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb. Yunis Quliyev

Şərh verin