“Xaç atası”nın aktyoru vəfat etdi - FOTO

Amerikalı aktyor Antoni Quidera 61 yaşında vəfat edib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aktyorun ölümünün səbəbi qəfil ürək dayanması olub. Həyat yoldaşı Valerinin sözlərinə görə, aktyor evinin qonaq otağında huşunu itirib. O, xəstəxanaya çatdırılıb və üç həftə ərzində həyati dəstək aparıb. Həkimlər daha sonra cihazı çıxarmaq qərarına gəliblər. Qeyd edək ki, Antoni Quideranın filmoqrafiyasına 30 film daxildir. O, "Xaç atası III hissə" və "Xaç atası: Epiloq: Maykl Korleonenin ölümü" filmlərində çəkilib. Aktyor həmçinin "Armageddon", "The Postman", "The Pretender", "Angel" və s. filmlərdə də rol alıb. Milli.Az