Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketi çərçivəsində liman və aeroportlara qadağalar tətbiq edəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Rusiyanın iki limanı və dörd hava limanı tranzaksiya qadağası ilə üzləşəcək”, - paylaşımda deyilir. Qeyd edək ki, Rusiyaya qarşı 21-ci sanksiyalar paketinə dair təkliflər bu gün təqdim edilib.