“Mazda” ilə qəza törətdi — Piyada öldü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, Şəfəq Məmmədova idarə etdiyi “Mazda” markalı avtomobillə hərəkətdə olarkən qəfil yola çıxan piyada Arzu Əhməd qızı Əliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.