Dənizdə öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
İyunun 5-də Azov dənizində yük gəmisinə PUA hücumu zamanı həyatını itirən 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun cənazələri Azərbaycana gətirilib. Milli.Az xəbər verir ki, onların nəşləri bu dəqiqələrdə Yalama Sərhəd-Keçid Məntəqəsindən ölkəmizə keçirilib. Cənazələr bu gün ailələrinə təhvil veriləcək və dəfn mərasimi keçiriləcək. Xatırladaq ki, iyunun 5-də gecə saatlarında Azov dənizində iki xarici yük gəmisinin - "Natra" və "Zirkon" quru yük gəmilərinin dronlarla vurulması nəticəsində 4 Azərbaycan vətəndaşı həlak olub, 4 nəfər isə yaralanıb. Hər iki gəmidə olan və sağ qalan 19 nəfər azərbaycanlı heyət üzvü isə dünən axşam saatlarında ölkəyə gətiriliblər./oxu.az Milli.Az

Şərh verin