Zərbələrə görə 20 min sakin susuz qaldı
İranın Hörmüzqan vilayətində su anbarlarına endirilən zərbələr səbəbindən 20 min sakin susuz qalıb. “Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı vilayətin kanalizasiya və su təchizatı şirkətinin baş direktoru Həmzə Pur açıqlayıb. Onun sözlərinə görə, ABŞ-nin zərbələrindən sonra tutumu 500 və 2000 kub metr olan iki su anbarına ciddi zərər dəyib. Qeyd edək ki, “Reuters” agentliyi bu gecə ABŞ-nin İranda təqribən 20 hədəfə zərbə endirdiyini bildirib. İran isə buna cavab olaraq ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücum edib.

Şərh verin