Lamiyyə əri ilə FOTOsunu paylaşdı
Tanınmış aparıcı Lamiyyə Ələkbərova sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib. Milli.Az bildirir ki, tele-aparıcı həyat yoldaşı ilə birlikdə çəkilmiş fotosunu izləyiciləri ilə bölüşüb. Məlumata görə, görüntü iştirak etdikləri tədbirlərdən birində lentə alınıb. Paylaşım qısa müddətdə izləyicilərin marağına səbəb olub və çoxsaylı bəyənmə toplayıb. İzləyicilər cütlüyə xoş arzularını çatdıraraq fotoya müxtəlif rəylər yazıblar. Qeyd edək ki, Lamiyyə Ələkbərova ailəlidir və iki oğul övladı var. Aparıcı şəxsi həyatı ilə bağlı paylaşımları ilə zaman-zaman sosial şəbəkələrdə diqqət mərkəzinə düşür. Hüseyn

Şərh verin