"Beşiktaş" fransalı qapıçı transfer edir
Türkiyənin "Beşiktaş" klubu heyətini gücləndirmək üçün yeni transfer hədəfi müəyyənləşdirib. Milli.Az xəbər verir ki, İstanbul təmsilçisi Luka Şevalye ilə maraqlanır. Klubun yaxın günlərdə 24 yaşlı qolkiperin transferi ilə bağlı rəsmi addımlar atacağı bildirilir. Lakin transferin reallaşmasının asan olmayacağı vurğulanır. İddialara əsasən, fransalı qapıçı karyerasını davam etdirmək üçün daha iddialı layihələrə üstünlük verməyi planlaşdırır. Hazırda PSJ formasını geyinən Şevalyenin klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Bu da onun transferini daha çətin edən amillərdən biri hesab olunur. Fransalı qolkiper başa çatan mövsümdə komandasının heyətində 26 qarşılaşmada meydana çıxaraq etibarlı çıxışı ilə diqqət çəkib. "Beşiktaş"ın bu transferi həyata keçirib-keçirməyəcəyi isə yaxın günlərdə dəqiqləşəcək. Hüseyn

Şərh verin