Hacıqabuldakı yanğın söndürüldü — Yenilənib

Hacıqabulda açıq ərazidə yanğın baş verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir. Əlavə məlumat veriləcək. *** Yanğınla bağlı polis əməkdaşları da əraziyə cəlb olunublar. Hazırda hadisənin qarşısının alınması məqsədi ilə tədbirlər görülür. *** Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində daha böyük əraziyə yayılmasına imkan verilmədən söndürülüb.