Gəncədə kütləvi dava - Yaralılar var
Gəncədə kütləvi dava baş verib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Məlumata görə, xəsarət alanların sayı beş nəfərdən artıqdır. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb. Milli.Az

Şərh verin