Araz Nəsirov vəzifəsindən azad olundu
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavinlərindən biri öz istəyi ilə vəzifədən azad olunub. Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Araz Nəsirov TƏBİB-in icraçı direktorunun müavini vəzifəsindən azad olunub. Qeyd edək ki, A.Nəsirov 2022-ci ilin dekabr ayından bu vəzifədə çalışırdı. O, 2018-2022-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub. Milli.Az

Şərh verin