Ermənistanda zəlzələ: Naxçıvanda hiss olundu

Ermənistanda yeraltı təkanlar baş verib. Milli.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 09:57-də qeydə alınıb. Məlumata görə, 3 kilometr dərinlikdə baş verən 3.2 maqnitudalı zəlzələ 3 bal gücündə Sədərək rayonunun Heydərabad qəsəbəsində hiss olunub.