“Regionu sizin üçün cəhənnəmə çevirəcəyik”

“Regionu ABŞ üçün cəhənnəmə çevirəcəyik”. “Qafqazinfo” xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Məcid Musəvi sosial şəbəkə hesabında yazıb. O, ABŞ-nin İranın cənub bölgələrinə endirdiyi zərbələrdən sonra Vaşinqtona sərt xəbərdarlıq edib. İranın raket əməliyyatlarına rəhbərlik edən Musəvi bildirib ki, ABŞ Hörmüz boğazında vəziyyəti gərginləşdirərək regionun təhlükəsizliyini təhdid edir. “Əgər siz müqəddəs Hörmüz boğazını təhlükəli edirsinizsə, biz də bu regionu sizin üçün cəhənnəmə çevirəcəyik. Bu, Allahın izni ilə, amerikalıların bölgədəki təkəbbürünə verilən cavabdır”, - Musəvi vurğulayıb.