Sabunçuda evdən 15 min manata yaxın qızıl oğurlanıb

Sabunçu rayonunda evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Milli.Az xəbər verir ki, DİN-in məlumatına görə, paytaxt ərazisində yerləşən evlərdən birindən qızıl əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı A.Xəlilova və 26 yaşlı İ.Quluzadə müəyyən edilərək saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, onlar evdən hissə-hissə ümumi dəyəri 14 min manat olan qızıl-zinət əşyalarını oğurlayıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.