Mülk üstündə qətlə yetirildi — Şübhəli qardaşı oğludur+Yenilənib

Gəncədə qətl hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Q. Ə. Şıxlinski küçəsində qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Ramazan Əliyev əmisi 1963-cü il təvəllüdlü Fazil Əliyevi qətlə yetirməkdə şübhəlidir. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. İlkin məlumata görə, tərəflər arasında mülk mübahisəsi olub. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb. *** Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Əliyevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən 29 yaşlı Ramazan Əliyev saxlanılaraq istintaqa təhvil verilib. Yunis Quliyev