Meydan sahibləri ilk oyunlarına çıxırlar

Dünya çempionatının oyunları davam edir. “Qafqazinfo” xəbər verir ki, bu gün bir oyun baş tutacaq. Meydan sahiblərindən olan Kanada Bosniya və Herseqovina ilə üz-üzə gələcək. Sabah səhər saat 5-də isə daha bir meydan sahibi ABŞ meydana çıxacaq. Onlar Paraqvayla münasibətlərə aydınlıq gətirəcəklər. DÇ-2026 Birinci tur 12 iyun 23:00. Kanada – Bosniya və Herseqovina 13 iyun 05:00. ABŞ – Paraqvay