Kanalda batan kişinin meyiti tapıldı — Qızının evinə qonaq getmişdi...
Beyləqanda kanalda batan 65 yaşlı kişinin meyiti tapılıb. “Qafqazinfo”nun xəbərinə görə, rayonun Eyvazallar kəndi ərazisində Yuxarı Qarabağ kanalına düşən Əhliman Sarıyevin meyiti aşkarlanıb. Onun meyiti batdığı ehtimal olunan ərazinin yaxınlığında tapılıb. Meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək, Milabad kənd sakini, 1961-ci il təvəllüdlü Əhliman Hüseyn oğlu Sarıyev qızının evinə qonaq gedibmiş. Ziya Əmirxanlı

Şərh verin