AZAL Bakıdan Naxçıvana uçuşları bərpa etdi
AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub. "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir. Qeyd edilib ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.

Şərh verin