Bakıda binadan kişi yıxılıb öldü

Bakıda binadan yıxılan şəxs vəfat edib. Milli.Az xəbər verir ki, hadisə iyunun 12-si saat 03 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib. 1988-ci il təvəllüdlü Qurban Gündüz oğlu Abbasov yaşadığı H.Quliyev küçəsindəki binanın eyvanından yıxılıb. O, hadisə yerində ölüb. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.