Kanada millisi DÇ tarixində ilk xalını qazandı
Kanada millisi dünya çempionatları tarixində ilkə imza atıb. “Qafqazinfo” xəbər verir ki, onlar ötən gün Bosniya və Herseqovina ilə 1:1-lik heç-heçə etməklə mundiallar tarixində ilk xalını qazanıblar. Buna qədər Kanada millisi 1986 və 2022-ci illərdə dünya çempionatında çıxış edib. Hər iki çempionatda onlar qrupda keçirdiyi 3 oyunun hamısında məğlub olublar.

Şərh verin