13 yaşlı azərbaycanlının meyiti tapıldı - Gürcüstanda - FOTO

Gürcüstanın Marneuli rayonunda azərbaycanlı yeniyetmənin meyiti aşkarlanıb. Milli.Az unikal.az-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb. Bildirilib ki, Quşçu kənd sakini 13 yaşlı Emir Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Hadisə ilə bağlı Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.