İngiltərə millisi ABŞ-da qarət olundu

İngiltərə millisi dünya çempionatı ərəfəsində ABŞ-da qarət olunub. Milli.Az xəbər verir ki, ABŞ-ın Missuri ştatının Kanzas-Siti şəhərində polis əməkdaşları İngiltərə futbol millisinin avadanlıqlarının oğurlanmasında şübhəli bilinən iki nəfəri saxlayıb. Qeyd edək ki, İngiltərə millisi 2026-cı il dünya çempionatında L qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri Xorvatiya, Panama və Qana yığmaları olacaq./Lent.az