Bakıda bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq

Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları ilə əlaqədar olaraq bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə Milli.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Məlumata görə, iyunun 16-19-da baş tutacaq tədbirlə əlaqədar aşağıdakı parklanma sahələrinin bir hissəsi fəaliyyət göstərməyəcək: Təbriz küçəsi (P10640) İzzəddin Həsənoğlu küçəsi (P11053) Bülbül prospekti (P90055) Füzuli küçəsi (P90217) Zərifə Əliyeva küçəsi (P90242) Rixard Zorge küçəsi (P98202 və P90202) Məhdudiyyətlər 15 iyun 2026-cı il saat 20:00-dan etibarən tətbiq ediləcək və 20 iyun 2026-cı il tarixinədək qüvvədə qalacaq.