Vətən müharibəsi qazisi qəzada həlak oldu — Fotolar

Tovuzda yol qəzası olub. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Əsrik-Cırdaxan kəndi ərazisindəqeydə alınıb. Belə ki, “Lada Granta” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü, 1994-cü il təvəllüdlü İsmət Nağıyev həyatını itirib. Onun Vətən müharibəsi qazisi olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb. Yunis Quliyev