Qızıl bahalaşdı
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiymətində ciddi artım qeydə alınıb. Milli.Az xəbər verir ki, bir troya unsiyası qızıl 124,8 dollar bahalaşaraq 4 238,8 dollara yüksəlib. Eyni zamanda gümüşün qiyməti də artıb - 3,97 dollar bahalaşma ilə 67,97 dollar səviyyəsinə çatıb.

Şərh verin