Dünya çempionatları tarixində ən çox qol vuran komanda oldular
Almaniya millisi dünya çempionatları tarixinə düşüb. Milli.Az xəbər verir ki, DÇ-2026-nın E qrupunun ilk turunda Kürasaonu 7:1 hesabı ilə məğlub edən Almaniya yığması yeni rekord müəyyənləşdirib. Bu qarşılaşmadan sonra almanlar dünya çempionatlarının final mərhələlərində vurduqları qolların sayını 239-a çatdırıblar. Bununla da onlar uzun illər rekordun sahibi olan Braziliya millisini (238 qol) geridə qoyublar. Beləliklə, Almaniya mundiallar tarixində ən çox qol vuran milli komanda olub. Milli.Az

Şərh verin