Ermənistandakı seçkilərin yekun nəticələri — Açıqlandı

Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərin yekun nəticələrini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, bu haqda “Sputnik Ermənistan” məlumat yayıb. Belə ki, “Vətəndaş müqaviləsi” partiyası 49,7%, “Güclü Ermənistan” 23,2% və “Ermənistan”  9,9% səs toplayıb. “Çiçəklənən Ermənistan” partiyası isə parlamentə daxil olmaq üçün 4 faizlik baryeri keçə bilməyib. O 3,9% səs əldə edib. Beləliklə, Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası hökuməti təkbaşına formalaşdıracaq.