Amerikalı müğənni helikopter qəzasında öldü - FOTO

Amerikalı müğənni Oliver Tri Braziliyanın Rio-de-Janeyro şəhərində baş vermiş aviaqəzada həyatını itirib. Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 32 yaşında helikopter qəzasında həlak olan amerikalı müğənni Oliver Tri ölümündən bir neçə həftə əvvəl sərvəti ilə bağlı diqqətçəkən açıqlama verib. Sənətçi bildirib ki, vəfat etdikdən sonra ailə üzvlərinə miras qalmayacaq və bütün vəsait sənətçilərə dəstək məqsədilə yönləndiriləcək. O, gələcəkdə övladları olsa belə, onlara yalnız təhsil və əsas ehtiyaclar üçün dəstək veriləcəyini demişdi. Qeyd edək ki, hadisə zamanı iki helikopter toqquşub. Hadisə şahidləri helikopterlərin havada toqquşaraq dayanacağa düşdüyünü, bundan sonra onlardan birinin partladığını bildiriblər. Qəza nəticəsində azı 6 nəfər həlak olub. Fidan