Bakının 6 rayonunda yolların təmirinə başlanılır - SİYAHI

Paytaxtda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində yeni layihəyə start verilir. Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Məlumata görə, Bakı şəhərinin müxtəlif küçə və prospektlərində təmirə ehtiyac olan hissələrin yenilənməsi məqsədilə genişmiqyaslı işlərin aparılması planlaşdırılıb. İlkin mərhələdə təmir-bərpa tədbirləri paytaxtın altı rayonunu əhatə edəcək. Bunlar Nərimanov rayonu, Yasamal rayonu, Səbail rayonu, Nəsimi rayonu, Xətai rayonu və Nizami rayonudur. Layihə çərçivəsində yolların yararsız vəziyyətə düşmüş hissələrinin bərpası, hərəkətin rahat və təhlükəsiz təşkili üçün zəruri tədbirlərin görülməsi nəzərdə tutulur. Məsul qurumun açıqlamasına əsasən, təmir işlərinə yaxın vaxtlarda başlanılması planlaşdırılır. İşlərin mərhələli şəkildə həyata keçiriləcəyi və paytaxtın yol şəbəkəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcəyi bildirilib. Hüseyn